📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhaliyə xəbərdarlıq edildi: 21-i gecə və səhər saatlarında...

2021-12-20 09:52:00

Əhaliyə xəbərdarlıq edildi: 21-i gecə və səhər saatlarında...

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib.

Xidmətdən Hurriyyet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20 m/s, yarımadanın bəzi yerlərində arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. 21-i gecə və səhər saatlarında yağış yağcağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 20-21-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.