📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhaliyə xəbərdarlıq: yanvarın 19-u və 20-də...

2025-01-18 19:21:13

Əhaliyə xəbərdarlıq: yanvarın 19-u və 20-də...

Yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən xəbərə görə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Ağdam, Samux, Şəmkir, Tovuz, Ağstafa, Neftçala, Qobustan, Şəki, Oğuz, İsmayıllı, Lerik, Yarımlı, Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul, Yevlax, Mingəçevir, Tərtər, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.