"Əhdi" və dostu sərbəst buraxıldı
2026-09-16 15:52:30
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan "Əhdi Parfum" ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıb.
Hurriyyet.media xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.