📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhməd Cavadın nəticəsinə yüksək vəzifə verildi - FOTO

2024-12-20 22:42:45

Əhməd Cavadın nəticəsinə yüksək vəzifə verildi - FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, Cavad Axundzadə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində (BDU) bakalavr və magistr təhsili almış C.Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb. İdman sahəsində 15 ildən çox iş təcrübəsi var. O, Azərbaycan şairi Əhməd Cavadın nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış Ə.Qasım 2002-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.