📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhməd İsmayılov və nazir Nurani ilə vida mərasimində

2026-08-22 16:05:27

Əhməd İsmayılov və nazir Nurani ilə vida mərasimində

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilir.

Hurriyyet.media  "Report"a istinadən xəbər verir ki, mərasimdə Səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, mərhumun dostları və ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Nurani bu gün 56 yaşında uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü T.Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.