Əhməd Məsudun ordusu hücuma keçdi, taliblər geri çəkildi
2021-08-21 09:32:00
Əfqanıstanın Milli qəhrəmanı, Şimal Alyansın lideri, “Pəncşir aslanı” Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun silahlı dəstələri cümə günü Bağlan vilayətinin üç bölgəsini (Salah, Puli-Hisar və Banu) taliblərdən geri aldılar.
HURRİYYET.az xəbər verir ki, bu barədə “Panjshir_Province” xəbər verib.
Əhməd Məsud Əfqanıstanın “Taliban” tərəfindən nəzarət edilməyən sonuncu bölgəsi olan Pəncşirdə taliblərə qarşı silahlı dəstələrə rəhbərlik edir.
“Panjshir_Province” video yayıb. Həmin videogörüntülərdə Məsudun döyüşçüləri tərəfindən Dih-Salah bölgəsində Administrasiya rəhbərliyinin binası üzərinə Əfqanıstan bayrağını sancdığı əks olunub.
"Əfqanıstan bayrağı taliblərlə şiddətli döyüşlərdən sonra Bağlan əyalətindəki Dih-Salaha geri döndü", - qəzet yazıb.