📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhməd Zakayev: ABŞ Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanıya bilər

2023-06-02 15:51:00

Əhməd Zakayev: ABŞ Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanıya bilər

“İçkeriya” hökumətinin başçısı ABŞ-ın onların müstəqilliyini tanımasının mümkünlüyünü istisna etməyib. Bu barədə mühacirətdə olan Çeçenistan İçkeriya Respublikasının rəhbəri Əhməd Zakayev açıqlama verib.

“ABŞ sabitliyə və proqnozlaşdırıla bilənliyə dəyər verən bir dövlətdir. Onlar üçün Rusiya və Qafqaz naməlum bir şeydir... ABŞ post-Rusiya məkanında hadisələrin necə cərəyan edəcəyindən qorxur. Ukraynanın azadlığı və müstəqilliyi bugünkü Rusiyanın sonudur. Rusiya həmişə fikirləşib ki, yumaqla olmasa da, sürüşdürməklə Ukraynanı özünə birləşdirəcək. Əgər bu alınmazsa, o zaman Rusiya artıq imperiya kimi də qalmayacaq. Ukraynadan sonra məsələ bütün Qafqazın azad edilməsi olacaq”, deyə Zakayev mayın 31-də Kiyevdə keçirilən konfransda “Kavkaz.Realii” ilə söhbətində bu fikirləri ifadə edib.

Ülviyyə, Hurriyyet.az