Əkbər Əlizadədən sənət aləmindəki vəziyyətə sərt sözlər
2026-10-14 18:05:42
Əməkdar artist Əkbər Əlizadə sənət aləmində istedadın hər zaman layiqli qiymətini almadığını bildirib.
Aktyor bu barədə “Sevilən səhər” proqramında danışıb. O qeyd edib ki, bəzi hallarda maddi maraqlar sənətə, sevgiyə və insani dəyərlərə üstün gəlir:
"İstedadlı insanlar çoxdur, amma qapı arxasında qalıblar. Maddiyyat sevgini, sənəti, insanlığı üstələyir. Amma Azərbaycan istedadları tükənməzdir. Kiminsə istedadı aşıb-daşırsa, mütləq bir yerdən vurub çıxacaq".