"Eko-fəaalların keçirdiyi aksiya artıq nəticə verib" - ELXAN ŞAHİNOĞLU
"Ancaq bu, hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər"
"Erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar. Qızıl və mis yataqlarını qanunsuz istismar edən "Base Metals" şirkəti fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, eko-fəaalların keçirdiyi aksiyanın təzyiqi artıq nəticə verib: "Ancaq bu, hələ başlanğıcdır, güzəştə getmək olmaz. Çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik: "Hətta monitorinqə şərait yaradılsa belə yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az