📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ekoloji SOS: Kür çayında suyun səviyyəsi kəskin aşağı düşüb

2023-03-07 10:42:00

Ekoloji SOS: Kür çayında suyun səviyyəsi kəskin aşağı düşüb

Azərbaycanın su təchizatının əsas mənbəyi hesab edilən Kür çayında suyun səviyyəsi kəskin aşağı düşüb. O cümlədən, çayın ölkənin cənub-şərqində Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində quruma müşahidə olunur.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycanda su çatışmazlığının getdikcə arta biləcəyi barədə məlumat verib. O, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Bundan başqa, şəbəkədə Azərbaycanın Qarabağ bölgəsində ən böyük, Rusiya hərbi kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən və qurumuş Sərsəng su anbarından görüntülər peyda olub.

Ülviyyə, Hurriyyet.az