“Ekonomist” nəşri müharibənin Ukrayna ordusuna vurduğu zərbələrdən yazıb
2023-11-13 16:04:06
Hurriyyet.az xəbər verir ki, “Ekonomist” nəşrinin yazdığına görə, amerikalı məmurlar Ukrayna Silahlı Qüvvələrinin 190 min nəfər insanı itirdiyini – onlardan azı 70 mininin həlak olduğunu, 120 min nəfərin də yaralandığını hesab edirlər.
Ukraynada müharibə veteranlarına, o cümlədən bədən üzvləri amputasiya edilən və zədələnən əsgərlərə xidmət eləmək üçün həkim və psixoloqlar ordusu lazım olacaq. Bu mütəxəssislərin çoxu qadınlar olacaq. Qəzetin yazdığına görə, müharibədən sonra ölkə iqtisadiyyatında energetika, nəqliyyat və müdafiə sənayesi böyük rol oynayacaq. Bu sahələrə də qadınların daha çox cəlb olunması gözlənilir.
Hürr Tərcüman