📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əkrəm İmamoğlu ilə xanımı Azərbaycan mahnısını oxudular - VİDEO

2023-06-27 00:25:00

Əkrəm İmamoğlu ilə xanımı Azərbaycan mahnısını oxudular - VİDEO

Hurriyyet.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində tanınmış opera müğənnisi Murat Karahanın konserti keçirilib.

Harbiye Cemil Topuzlu Açıkhava Teatrında baş tutan konsertdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşı ilə birgə iştirak edib.

Müğənni konsert ərzində bir neçə Azərbaycan mahnısı da ifa edib. “Sənə də qalmaz”, “Nazəndə sevgilim, yadıma düşdün” mahnılarını bütün zal, o cümlədən, Ə.İmamoğlu və xanımı da müğənni ilə bərabər ifa ediblər.