📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əkrəm İmamoğlu prezident seçkilərində namizəd olmayacaq

2023-03-03 16:15:00

Əkrəm İmamoğlu prezident seçkilərində namizəd olmayacaq

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mayın 14 keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.

Hurriyyet.az Halk TV-yə istinadla xəbər verir ki, o, namizədliyi inkar edib:

“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”.

Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 2-si vahid namizədinin adını açıqlaya bilmədi, yekun qərarın martın 6-da veriləcəyi gözlənilir.