📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əkrəm İmamoğlunun vəkili saxlanıldı

2025-03-28 10:34:01

Əkrəm İmamoğlunun vəkili saxlanıldı

İstanbul Baş Prokurorluğu korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İBB sədri Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivanı saxlayıb.

Hurriyyet.az xəbər verir ki, evində saxlanılan Pehlivan sağlamlıq müayinəsi üçün Bayrampaşa Dövlət Xəstəxanasına aparılıb.

Daha sonra o, İl Təhlükəsizlik Müdirliyinə aparılıb.

Silivridəki Mərmərə Açıq Həbsxanasında saxlanılan İmamoğlu Pehlivanın saxlanmasına reaksiya göstərərək, “Vəkilimi dərhal azad edin” deyib.

publika.az