📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Eks-prezidentdən İDDİA: Moldova Rumıniyaya birləşməyə və NATO-ya üzv olmağa hazırlaşır

2022-06-08 15:30:00

Eks-prezidentdən İDDİA: Moldova Rumıniyaya birləşməyə və NATO-ya üzv olmağa hazırlaşır

Moldovanın eks-prezidenti İqor Dodonun fikrincə, Qərb dövlətləri Rumıniyaya siyasi və hərbi ilhaqına haqq qazandırmaq üçün ölkədə sabitliyi pozurlar. Bundan sonra NATO qoşunları ölkə ərazisinə yerləşdirilə bilər.
O hesab edir ki, Moldova prezidenti Maya “Sandu və onun himayədarları Ukrayna ssenarisini izləyirlər”. Onlar vəziyyətin sabitliyinin pozulmasına səbəb olurlar.
“Eyni zamanda, bəzi Qərbdən qaynaqlanan siyasi amillər moldovalılardan geosiyasi döyüşdə top yemi kimi istifadə etməyi planlaşdırır. Bu döyüş indi gedir. Ölkəmizin Rumıniya ərazisinə siyasi və hərbi ilhaqı hazırlanır. Neytrallığımızdan imtina etməli olacağıq”, deyə Dodon bildirib.
“İndiki hakim partiya bu vəziyyətdən çıxış yolu tapa bilmir. Eyni zamanda, qışda bizə uçan silahlar gətirilə bilər. Belə çıxır ki, insanlar soyuq və yoxsulluq içində yaşayacaqlar, ancaq raketlər və silahlara malik olacaqlar”, deyə Dodon vurğulayıb.

Ülviyyə, Hurriyyet.az