📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Eks-prezidentin qızına 52 ay həbs cəzası verilib

2023-01-18 21:29:00

Eks-prezidentin qızına 52 ay həbs cəzası verilib

Hurriyyet.az xəbər verir ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani hökumətə qarşı təbliğat (15 ay) və müqəddəs kitabları təhqir eləmək (37 ay) ittihamları ilə ümumilikdə 52 aylığa azadlıqdan məhrum edilib.

Bu barədə məlumatı İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən verib. O, Tehran vilayətində son iğtişaşlarda həbs olunanların 98 faizi azad edildiyini də söyləyib.

Hürr Tərcüman