Ekvador polisi Meksika səfirliyində əməliyyat aparıb - yaralılar var
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ekvador polisi Meksikanın Kitodakı səfirliyində əməliyyat keçirərək Ekvadorun eks-prezidenti Xorxe Qlası yaxalayıb.
Bir müddət əvvəl Meksika dövləti Qlasa siyasi sığıncaq vermiş, siyasətçi də Meksikanın diplomatik nümayəndəliyinin ərazisində gizlənmişdi. İlkin məlumata görə, Ekvador polisinin əməkdaşları Meksika səfirliyinə hücum ediblər, asayiş keşikçilərinin bir qismi səfirliyin ərazisinə avtomobillərlə, bəziləri isə hasardan keçərək daxil olublar.
Xorxe Qlasın zirehli avtomobillə naməlum istiqamətə aparıldığı xəbər verilir.
Meksikanın Xarici İşlər Nazirliyi hücum zamanı diplomatların yaralandıqlarını bildirib. Hadisədən sonra Meksika Prezidenti Andres Manuel Lopes Obrador ölkənin XİN rəhbəri Alisiya Barsenaya Ekvadorla diplomatik əlaqələri dayandırmaq göstərişi verib.
Hürr Tərcüman