Ekvador Prezidenti rəqibinin qatilini tapmaq üçün ABŞ-dan kömək istədi
Hurriyyet.az “Döyçe Velle” saytına istinadla xəbər verir ki, Ekvadorda 60 günlük fövqəladə vəziyyət elan edilib. Prezidentliyə namizəd Fernando Vilyavsiensionun seçkiqabağı itinq zamanı güllələnərək qətlə yetirilməsindən sonra 7 namizəddən 5-i öz seçki kampaniyalarını dayandırdıqlarını bəyan ediblər. Buna rəğmən, seçkilərin keçirilmə tarixi dəyişdirilməyib.
Ekvador Prezidenti Gilyermo Lasso ABŞ-ın Federal Təhlükəsizlik Bürosuna (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) müraciət edərək qətl hadisəsinin araşdırılmasını tələb edib. Onun sözlərinə görə, FTB əməkdaşları yaxın zamanda ölkəyə gələcəklər.
Lasso xalqa müraciətində qətl hadisəsini “siyasi cinayət və seçkilərə mane olmaq cəhdi” adlandırıb. Ekvadorda növbədənkənar preident və parlament seçkiləri avqustun 20-də keçiriləcək. Sorğuların nəticələrinə görə, sağ mərkəzçi Vilyavisensiya populyarlıq səviyyəsinə görə dördüncü-beşinci pillələrdə olub.
Hürr Tərcüman