📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ekvadorda daxili müharibə başlayıb - ordu 22 qruplaşma ilə savaşacaq

2024-01-10 13:18:19

Ekvadorda daxili müharibə başlayıb - ordu 22 qruplaşma ilə savaşacaq

Hurriyyet.az xəbər verir ki, Ekvadorun Silahlı Qüvvələrinin baş komandanı Hayme Vela Eraso ölkə ərazisindəki cinayətkar qrupların qanuni hərbi hədəf olduğunu və onlarla danışıqlar aparılmayacağını bəyan edib.
TASS informasiya agentliyinin məlumatına görə, o, öz videomüraciətində bildirib ki, Prezident Daniel Noboanın fərmanında qeyd edilmiş hər bir teror qrupu hərbi hədəfdir və heç bir terror aktı ölkə ordusunu təslim olmağa məcbur edə bilməz.
Prezident Noboanın fərmanında ölkədə daxili silahlı münaqişənin mövcud olduğu bildirilib və 22 cinayətkar qruplaşmanın neytrallaşdırılması göstərişi verilib.
Ekvadordakı iğtişaşlar zamanı ölənlərin sayı artıq 10 nəfərə çatıb.
Hürr Tərcüman