📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ekvadorda terrorçularla dövlət arasında müharibə gedir"

2024-01-11 11:42:44

Hurriyyet.az xəbər verir ki, Ekvador Prezidenti Daniel Noboa ölkəsinin terrorçuluqla müharibə vəziyyətində olduğunu bəyan edib. Noboa "Canela Radio" kanalına müsahibəsində deyib: "Hazırda daxili silahlı münaqişə baş verir. Biz ölkə daxilində sülh uğrunda, terrorçulara qarşı mübarizə aparırıq. Asayiş qüvvələri tezliklə Ekvador ailələri üçün sülh və əmin-amanlığı bərpa edəcəklər".
Ölkədə iğtişaşlar başlanandan bəri Ekvador hərbçiləri ilə polislərinin cinayətkar qruplaşmaların 329 nəfər üzvünü saxladıqları, 5 nəfər üzvünü isə zərərsizləşdirdikləri xəbər verilib. 
Yanvarın 9-da Ekvador Prezidenti ölkədə daxili silahlı münaqişənin başladığını və 22 terror qrupunun neytrallaşdırılmalı olduğunu bəyan edən fərman imzalayıb. Qərar Quyakiledəki studiyada canlı veriliş zamanı "TC Televisi" telekanalının əməkdaşlarının girov götürlüməsindən dərhal sonra qəbul edilib. Polus girovların hamısını azad etmiş, 13 nəfəri həbs etmişdi.
Hürr Tərcüman