Ekvadordakı səfirliklər öz işini dayandırmağa başladı
2024-01-10 13:45:57
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Ekvadordakı diplomatik nümayəndəlikləri, o cümlədən, paytaxt Kito şəhərində yerləşən səfirliyi konsul xidmətlərinin göstərilməsini dayandırıb. Səbəb ölkədəki daxili vəziyyətdir. Bəlli olduğu kimi, Ekvador ordusuna 22 qruplaşma ilə mübarizə aparmaq əmri verilib.
Səfirliyin açıqlamasında deyilir: "Müraciətlərin qəbulu 10 yanvar 2024-cü il tarixindən təxirə salınır".
Qeyd edək ki, Ekvadordakı Çin səfirliyi də bu gündən öz işini dayandırıb.
Hürr Tərcüman