📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əl-Əxbar: Türkiyə və Suriya başçılarının görüşü Bağdadda baş tutacaq

2024-07-10 12:59:21

Əl-Əxbar: Türkiyə və Suriya başçılarının görüşü Bağdadda baş tutacaq

İraq, Türkiyə və Suriyanın Xarici İşlər Nazirlikləri sonuncunun liderlərinin Bağdadda keçiriləcək görüşü üçün “uyğun atmosfer” yaratmaq üçün səyləri əlaqələndirirlər. Bu barədə Livanın “Əl Akhbar” qəzeti İraq Xarici İşlər Nazirliyinə istinadən yazır.

Qeyd olunur ki, Suriya ilə Türkiyə arasında İraqda dialoqdan əvvəl gündəm və ən aktual məsələlərin razılaşdırılması üçün 3 ölkə başçısının nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.
Eyni zamanda mənbə bildirir ki, Türkiyə və Suriya liderləri arasında görüşün tarixi hələ məlum deyil, lakin bu, “hər hansı maneənin olduğu” anlamına gəlmir.

Ülviyyə, Hurriyyet.az