📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əl-Monitor: Çin HƏMAS və FƏTH-i qəbul etməklə özünü Yaxın Şərq siyasətində möhkəmlənmək istəyir

2024-05-03 12:48:23

Əl-Monitor: Çin HƏMAS və FƏTH-i qəbul etməklə özünü Yaxın Şərq siyasətində möhkəmlənmək istəyir

Çin HƏMAS və FƏTH nümayəndələrini qəbul etməklə Yaxın Şərq siyasətində öz mövqeyini gücləndirməyə çalışır ki, bu da Fələstin tərəfinə dəstəyini vurğulayır.

ABŞ-ın “Al-Monitor” saytının analitiklərinin fikrincə, belə bir addım regional təsirləri gücləndirmək və ABŞ-a qarşı əks-qüvvə kimi çıxış etmək üçün strateji və sərfəli üsul idi. Tarixən Yaxın Şərq işlərinə qarışmaqdan çəkinən Çin 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edərək bu istiqamətdə ilk addımı atdı. Pekin indi ABŞ-ın çətinliklərlə üzləşdiyi yerdə hərəkət etmək bacarığını nümayiş etdirərək HƏMAS və FƏTH ilə bu uğuru təkrarlamağa çalışır. .
Həmas və Fəth üçün Çindəki danışıqlar Pekinin “bitərəfliyi” də daxil olmaqla bir sıra stimul verir. Ekspertlərin fikrincə, Çinin İsraillə bağlı münaqişələrə hərbi müdaxilə etməməsi onu digər dövlətlərlə, o cümlədən Rusiya ilə müqayisədə daha neytral edir.

Ülviyyə, Hurriyyet.az