📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əl Nəsr" "böyük 3-lüy"ü tamamlayır

2023-02-25 19:11:00

Dünya ulduzu Kristiano Ronaldonu transfer edən Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu heyətinə yeni futbolçular qatmağa hazırlaşır.

Klub rəhbərliyi Luka Modriç və Serxio Ramosu da rənglərinə bağlamaq niyyətindədir.

"Əl Nəsr" rəhbərliyi artıq sözügedən oyunçular üçün hərəkətə keçib. Məlumata görə, danışıqlar prosesində Ronaldo da iştirak edəcək.

Qeyd edək ki, bugünlərdə İspaniya millisindəki karyerasını bitirən Ramosun PSJ-dən ayrılacağı gözlənilir.\\Offsideplus.az