📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlcəyi 42 min avroya satıldı

2023-03-14 21:21:00

Əlcəyi 42 min avroya satıldı

Argentina millisinin və İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martines əlcəklərini xeyriyyə məqsədi ilə satıb.

30 yaşlı oyunçu Qətərdəki Dünya Çempionatının finalında geydiyi əlcəkləri hərraca çıxarıb. Açıq artırma yolu ilə reallaşan satış 42 min avroya yekunlaşıb. Emilianonun dünya kubokunu qazandığı oyunda geydiyi əlcəklərin kim tərəfindən alındığı açıqlanmır.

Martines əldə olunan vəsaiti xərçəng xəstəsi olan uşaqların müalicəsi üçün bağışlayacaq: “Bir uşağa yardım etmək əlcəkləri evdə qutuda saxlamaqdan daha önəmlidir”. \\Qafqazinfo.az