📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlcəzair ilə Çindən neft-qaz hasilatında mühüm addım...

2022-05-30 11:38:00

Əlcəzair ilə Çindən neft-qaz hasilatında mühüm addım...

Əlcəzair və Çin neft hasilatını bölüşdürmək barədə razılığa gəliblər. Bu barədə Əlcəzairin "APS" xəbər agentliyi məlumat verib.

Belə ki, Əlcəzairin neft-qaz qrupu "Sonatrach" və Çinin neft-qaz şirkəti "Sinopec Oil & Gas Limited" (SOOGL) şənbə günü Əlcəzairin cənub-şərq blokunda 490 milyon dollar dəyərində neft hasilatının bölüşdürülməsinə dair saziş imzaladıqlarını bildiriblər.
25 illik müqavilə İllizi əyalətindəki Zarzaitine sahəsində "təxminən 95 milyon barel xam neft hasil etmək üçün nəzərdə tutulmuş layihənin" həyata keçirilməsini nəzərdə tutur.

Ülviyyə, Hurriyyet.az