📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlcəzair İsrailin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini istəyir

2023-11-06 17:48:00

Əlcəzair İsrailin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini istəyir

Hurriyyet.az xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ərəb ölkələrindən olan hüquqşünasları və hüquq-mühafizə təşkilatlarını Beynəlxalq Cinayət Məhkəməsinə ittiham ərizəsi ilə müraciət etməyə çağırıb. Əlcəzair liderinin sözlərinə görə, “bütün dünyanın susqun razılığı ilə İsrailin Müdafiə Ordusu Fələstin xalqının dəhşətli şəkildə qırğınını təşkil edib”.

Əlcəzair Prezidenti deyib: “Dünyanın azad adamlarını, ərəb hüquqşünaslarını və hüquq-mühafizə təşkilatlarını İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmağa çağırıram”.

Hürr Tərcüman