📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elçibəyin Bakıdakı evi qarət olundu - FOTO

2024-12-10 23:04:46

Elçibəyin Bakıdakı evi qarət olundu - FOTO

Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Hurriyyet.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə mərhum prezidentin yaxınları məlumat veriblər.

Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edilən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.

Əlavə məlumat veriləcək.