📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elçin Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

2022-10-28 19:12:00

Elçin Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Azərbaycan Mərkəzi Bankında (AMB) kadr dəyişikliyi olub.

Hurriyyet.Az  AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın daxili audit departamentinin yeni direktoru Elçin Əlizadə təyin edilib.

O, bu vəzifədə Şakir Heydərovu əvəzləyib. Bundan əlavə, Elnur Məmmədov əməliyyat riskləri şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Elçin Əlizadə bundan əvvəl "PAŞA Bank"ın Maliyyə İdarəedilməsi departamentinin direktoru olub.