📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elçin qarlı havada qəzaya düşdü

2025-02-20 20:20:57

Elçin qarlı havada qəzaya düşdü

Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.

Sənətçi "Xəzər axşamı" verilişinə gələrkən avtomobilinin qarlı havada sürüşdüyünü və digər maşınla toqquşduğunu bildirib:

"Qar yağdığı üçün maşın sürüşdü, digər maşınla toqquşdu. Yollar bir az sürüşkəndir. Mən hələ belə bir şey görməmişdim. Avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, ikimiz də heç nə lazım deyil dedik və sağollaşdıq. Bilmədim ki, məni tanıdı ya yox. Olur ki, gəlib maşınını vururlar, düşürsən nəsə deməyə, elə qışqırır ki, bağışla cavabını verirsən". \\Axşam.az