Elçin Quliyevə yeni müavin təyin edildi - Foto
2023-07-20 12:45:00
Dövlət Sərhəd Xidməti (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.
Hurriyyet.az xəbər verir ki, general-leytenant Rəsul Tağıyev şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, R.Tağıyev bundan əvvəl DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı idi. Bu təyinata qədər isə DSX Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsində çalışırdı.
