📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Eldar Əzizov bu şəxsi yüksək vəzifəyə TƏYİN ETDİ

2022-03-23 20:34:00

Eldar Əzizov bu şəxsi yüksək vəzifəyə TƏYİN ETDİ

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Ekspertiza Mərkəzinin direktoru vəzifəsində çalışıb. \\Qaynarinfo