📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əldə bir qədəh şərab... - Video

2026-09-20 21:57:40

Əldə bir qədəh şərab... - Video

Şamaxıda Üzüm və Şərab Festivalının ikinci günü rəngarəng və əyləncəli proqramlarla davam edir.

Hurriyyet.media xəbər verir ki, festivalın qonaqları gün ərzində pavilyonları gəzərək müxtəlif növ üzüm və üzüm məhsullarını, eləcə də, şərabları dadırlar.

Festival ərazisində həmçinin musiqi və əyləncə proqramları təqdim olunur.

Bu gün festivalın səhnəsində “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva və DJ Kamonun çıxışları gözlənilir.

Şamaxıda üzüm və şərab ab-havasının yaşandığı festivalda əyləncə proqramları axşam saatlarınadək davam edəcək.