📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir - Prezident

2025-04-28 20:07:16

Əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir - Prezident

Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Dövlət başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. \\Redaktor.Az