📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir

2021-11-03 11:25:00

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir

Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçünikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.