Elektrik probleminə görə konserti ləğv edilə bilər
2026-08-14 22:24:52
Elektrik təchizatındakı problemlər səbəbindən amerikalı reper Kanye Uestin Qazaxıstandakı konserti baş tutmaya bilər.
Hurriyyet.Media xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Belə ki, məşhur ifaçının Almatıda çıxış etməsi nəzərdə tutulurdu, lakin hazırda şəhərdə elektrik enerjisi yoxdur. Xüsusilə, Mərkəzi Stadionun yerləşdiyi Bostandıq rayonunda elektrik təchizatı kəsilib.