📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elektron siqaret çəkən şəxslər cərimələnəcək - Məbləğ

2026-03-03 12:27:42

Elektron siqaret çəkən şəxslər cərimələnəcək - Məbləğ

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdiriləcək.

Hurriyyet.info xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Məsələ müzakirələrdən sonra təsdiq edilib.