📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ələsgər Məmmədli ilə bağlı qərar verildi

2024-03-15 14:35:18

Ələsgər Məmmədli ilə bağlı qərar verildi

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.

Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.

Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Məmmədli qaçaqmalçılıqda ittiham edilir.