📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elgiz Lalə Azərtaşa meydan oxudu - 16 min manatlıq efir ittihamı - VİDEO

2026-11-20 18:15:51

Elgiz Lalə Azərtaşa meydan oxudu - 16 min manatlıq efir ittihamı - VİDEO

Aparıcı Elgiz Əkbər yeni verilişini tənqid edən həmkarlarının ünvanına sərt sözlər deyib.

Bu barədə o, verilişində danışıb:

“Öz verilişinizə baxın. Yenə pəncərədən qaçanlar, kol-kosda gəzənlər həmin proqramdadır. Orada başqa nə müzakirə edirsiniz ki? Sosial mövzular? Məsələn, bir həkimin sizin verilişinizdə çıxış etməsinin qiyməti 16 min manatdır. Bunu hamı bilir.

Sən televiziya loqosunu əlinə alıb baş verən hadisədən istifadə edərək keçmiş həmkarın haqqında paylaşım edirsən, insanları mənim üstümə qaldırırsan. Məgər mənim dilim yoxdur?! Mən də danışa bilərəm. Özü də bilirsən, necə danışaram? Mənim ağzımı heç kim bağlaya bilməz.

Həmin verilişdə yenə evindən qaçanlar, qapıdan qovulanlar, ərinə xəyanət edənlər müzakirə olunur. Guya başqa mövzular gündəmə gətirilir. Bir nəfərin sizin efirinizdə çıxış etməsi üçün 16 min manat qiymət qoymusunuz. Bəs niyə belədir? Əgər məqsəd insanlara söz demək imkanı yaratmaqdırsa, niyə bunun üçün belə yüksək məbləğ tələb olunur? Qoy insanlar gəlib fikirlərini sərbəst ifadə etsinlər.

Bizə vaxtilə bəzi mövzuların efirdə müzakirə olunmaması tövsiyə edilmişdi. Mən də buna hörmətlə yanaşdım, susdum, heç nə danışmadım. Şükür, öz günümə, millətimə, xalqıma və dövlətimə. Öz yerimdə oturdum, heç kimə söz demədim. İndi məndən nə istəyirsiniz? Bu yeri də mənə çox görürsünüz, ay həmkarım? Mənim burada nə günahım var?”.

E.Əkbər qeyd edib ki, həmin həmkarı artıq meydanda tək qalmağa nail olub:

“Bununla da kifayətlənməyib sosial şəbəkələr üzərindən yayımlanan verilişlərə də dil uzadırsınız. Buradan həmin əməkdaşlara xəbərdarlıq edirəm: mənim ağzım açılsa, pis açılacaq. Xahiş edirəm, mənimlə işiniz olmasın.

İndi üç-dörd sponsor gəlib, gözünüzü onlara dikmisiniz ki, onları da buradan aparasınız. Aparın, problem deyil. Onsuz da ömür boyu sponsorlara zəng edib onları öz verilişinizə dəvət etmisiniz. Deyirsiniz ki, gəlin, bizdə şərait daha yaxşıdır. Amma bir insanın sizin efirinizdə çıxış etməsi üçün ayda 16 min manat tələb olunur. Niyə? Əgər həqiqətən insanlara söz demək imkanı yaratmaq istəyirsinizsə, bunu niyə ödənişsiz etmirsiniz? Niyə dəyərli insanlara fikirlərini bildirmək üçün belə qiymət qoyursunuz?

Əlinizdə hər şey var, qazanırsınız, maşallah, milyonlar əldə edirsiniz. Qazanın da! Başqaları ilə nə işiniz var? Bütün bunları bilə-bilə edirsiniz, qəsdən belə bir ab-hava yaradırsınız.

Sabah efirdə tamaşaçılarla sağollaşıb yeni formatdan çıxacağam. Gedib öz yerimdə oturacağam, əlimdə telefon, proqramı açıb öz işimlə məşğul olacağam”.

İddia olunur ki, Elgiz bu sözləri Lalə Azərtaşa ünvanlayıb.