📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elgiz Mustafa Sandalın xalasını polisə şikayət edibmiş

2023-03-03 22:44:00

Elgiz Mustafa Sandalın xalasını polisə şikayət edibmiş

Aparıcı Elgiz Əkbər türkiyəli müğənni Mustafa Sandalın xalasını polisə şikayət edib.

Bu haqda aparıcı "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, hadisə illər əvvəl türkiyədə yaşadığı vaxt baş verib:

"Türkiyədə 2 il yaşamışam. Orada qaldığım evdə yaşaya bilmirdim. Qonşum evində 200 pişik saxlayırdı. İydən qala bilmirdim. Getdim şikayət etdim. Dedilər ki, evin sahibi gözəl insandır. Özü də Mustafa Sandalın xalasıdır. Düz İstanbulun ən gözəl yerində olan evini pişik sığınacağı edib. Bir adam da tutub, pişiklərə baxır. O qadının əməllərini gördüm, fəxr etdim ki, belə gözəl insanla qonşuyam. Sonra onunla dost olduq". \\Axşam.az