📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Baqiri: "Qarşı tərəf nəticəli danışıqlar üçün ciddi iradəyə sahibdir"

2021-12-09 21:46:00

Əli Baqiri:

"Hiss edirəm qarşı tərəf təsiredici və nəticəli danışıqlar üçün ciddi iradəyə sahibdir".

Bunu İranın nüvə müzakirələrindən nümayəndə heyətinin başçısı Əli Baqiri deyib.

"Bu gün mənim hiss etdiklərim ötən həftənin cümə günü hiss etdiklərimdən fərqlidir. Hiss edirəm qarşı tərəf səmərəli və təsiredici danışıqlar üçün daha ciddi iradəylə danışıq aparır."

Ə.Baqiri bildirib ki, müzakirələr zamanı ABŞ-ın qeyri-konstruktiv addımı 4+1 ölkələrinin etirazına səbəb olub. Həmin ölkələr də ABŞ-ı dağıdıcı addımlardan çəkinməyə çağırıb. \\APA