📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov da Mişustinlə fabrikə getdi: ermənicə müraciət… - VİDEO

2023-12-16 23:44:27

Əli Əsədov da Mişustinlə fabrikə getdi: ermənicə müraciət… - VİDEO

Rusiyanın Baş naziri Mixail Mişustin səkkiz yaşlı Snejananın Yeni il arzusunu yerinə yetirib.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Arzu ağacı”na Yeni il açıqcasında qız şokolad fabrikinə baş çəkmək istədiyini yazıb.

Mişustin isə MDB Hökumət Başçıları Şurasının iclasına gələn baş nazirlərlə birgə Moskvada yaşayan və oxuyan MDB-dən olan uşaqları şokolad fabrikinə aparıb.

Şokolad fabrikində uşaqlar konfetin hazırlanmasına tamaşa ediblər, sonra isə böyüklərlə birlikdə çay içməyə gediblər.

“Mən bütün qəlbimlə demək istəyirəm ki, bizim mədəni, tarixi, mənəvi köklərimiz Sovet İttifaqındandır, amma indi Müstəqil Dövlətlər Birliyi var. Biz dost olmağa davam edirik. Və siz dost olun. Bu çox vacibdir. Biz isə Moskvada hamınızı sevirik və gözləyirik”, - Mişustin bildirib.

Qeyd edək ki, Azərbaycanı tədbirdə Baş nazir Əli Əsədov təmsil edir.

Xatırladaq ki, Mişustinin uşaqlarla görüşdə erməni uşağa həm də ermənicə müraciət etməsi diqqət çəkib.

Ölkə.az