Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı kitabına ürək sözlərini yazdı
2026-03-19 18:06:38
Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyinə gedib.
Bu barədə Modern.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Qeyd edilib ki, Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyinə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.

