Əli Əsədov Gürcüstana səfər edəcək
2023-09-29 22:47:59
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov gələn ay Gürcüstana səfərə gedəcək.
Hurriyyet.Az xəbər verir ki, hökumət başçısı 26-27 oktyabr tarixlərində Tbilisidə keçiriləcək beynəlxalq İpək Yolu Forumunda ali qonaq qismində iştirak edəcək.
Qeyd edək ki, forumda Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.