📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

2026-11-18 19:27:55

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Baş nazir Əli Əsədov noyabrın 18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. 

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.