📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov Maka Boçorişvili ilə görüşdü - Foto

2026-11-25 16:37:02

Əli Əsədov Maka Boçorişvili ilə görüşdü - Foto

Azərbaycan Baş naziri Əli Əsədov bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Hurriyyet.net  xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.

Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.