Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir - YENİLƏNİB + VİDEO
2023-12-16 14:58:04
Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb.
Tədbirdə Azərbaycanı Baş Nazir Əli Əsədov təmsil edir.
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın nümayəndələri də iştirak edirlər.
***
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.