📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov qərar imzaladı

2026-08-18 20:34:26

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi qaydalarını təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmin hərbi hissələrdə çalışan mülki işçilərin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları təsdiq edilib.

Sənədə əsasən, Müdafiə Nazirliyinə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.