📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov yeni qərar imzaladı

2026-02-06 11:15:55

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər kabineti "Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları"nı təsdiq edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar "Standartlaşdırma haqqında" 17 may 2019-cu il tarixli qanunun tətbiqi barədə" ölkə Prezidentinin 12 iyul 2019-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub, ölkədə beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin standartlarının tətbiqi mexanizmini tənzimləmək məqsədi daşıyır. Qərarla həmin standartların dövlət standartı kimi qəbul edilməsi, birbaşa tətbiqi, tərcüməsi, ekspertizası və reyestrə daxil edilməsi qaydaları müəyyən edilir.

Əsas məqsəd beynəlxalq standartların ölkədə tətbiqini sistemləşdirmək, milli qanunvericiliyə və texniki reqlamentlərə uyğunluğunu təmin etmək, eyni zamanda iqtisadiyyatın inkişafı və beynəlxalq inteqrasiyanı gücləndirməkdir. Qərar standartlaşdırma sahəsində şəffaflığı və hüquqi aydınlığı artırır.