📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli İnsanov İlham Əliyevə məktub yazdı: “Bunu özümə borc bilirəm“

2022-11-19 10:09:00

Əli İnsanov İlham Əliyevə məktub yazdı: “Bunu özümə borc bilirəm“

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Aazərbaycan Partiyasının Sədri İlham Əliyevə təbrik məktubu yazıb.

Hurriyyet.az-ın məlumatına görə, Əli İnsanov məktubunda bildirib:

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına!

Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının lideri, mərhum prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.

Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu yubley bayramı münasibətilə ən xoş düyğularla təbrik etməyi özümə borc bilirəm.